"Səbail" heyətinə yeni futbolçu qatıb.
Ednews xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi Qvineya-Bisau əsilli fransalı hücumçu David Qomisi transfer edib. 30 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Qomisin son klubu Fransanın 2-ci liqasında mübarizə aparan "Pau" olub. Həmçinin futbolçu 2021-ci ildən Qvineya-Bisau yığmasının da üzvüdür.