“Qarabağ”dan pulsuz bilet istəyənlərə MÜRACİƏT - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

“Qarabağ”dan pulsuz bilet istəyənlərə MÜRACİƏT

İdman A- A A+
“Pulsuz biletlə bağlı bizə hələ də müraciətlər olur. Lakin digər oyunlardan fərqli olaraq bu, bir xeyriyyə matçıdır. Burada əsas məqsəd qardaş Türkiyədə dəstək olmaqdır”. Ednews xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasıda “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib. Matçın Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım məqsədilə keçirildiyini xatırladan klub rəsmisi “Qarbağ”dan pulsuz bilet istəyənlərə müraciət edib. O, klub olaraq heç kimə pulsuz bilet paylamadıqlarını bildirib: “Bütün biletlər satışdadır. Klubun bütün əməkdaşları, şəxsən mən özüm də öz yaxın dostlarımıza bilet alaraq hədiyyə edirəm. Bu məsələdə bizə dəstək olan, bizi anlayan, həssaslıqla yanaşan hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, hamı bu xeyriyyə işinə öz dəstəyini verəcək və bilet alıb oyunu izləyəcək”. Xatırladaq ki, “Qarabağ” - “Qalatasaray” oyunu martın 26-ı Bakı Olimpiya Stadionunda keçiriləcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...