“Avro-2024“ün seçmə mərhələsində milli komandamızın rəqibi olan İsveç seçməsinin heyətində itki baş verib.
Ednews İsveç Futbol Federasiyasına istinadən xəbər verir ki, Skandinaviya təmsilçisinin müdafiəçisi Joel Andersson zədələnib.
"Midtyullann"ın 26 yaşlı sağ cinah müdafiəçisi Danimarka çempionatının "Lyunqbyu" ilə matçında sıradan çıxıb. Onun əvəzinə Polşanın "Poqon" klubunun üzvü Linus Valkvist yığmaya dəvət olunub.
Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması 27 mart tarixində baş tutacaq.