"Qarabağ"ın futbolçusunun "Qalatasaray"a transferi GÜNDƏMDƏ - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

"Qarabağ"ın futbolçusunun "Qalatasaray"a transferi GÜNDƏMDƏ

İdman A- A A+
Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandası arasında keçirilmiş xeyriyyə oyunundan sonra transfer danışığı baş tutub.
 
Ednews  xəbər verir ki, bu iddianı türkiyəli jurnalist Burhan Can Terzi irəli sürüb.
 
O, İstanbul təmsilçisinin Toral Bayramovun durumu haqqında maraqlandığını vurğulayıb:
 
"Qarabağ"ın futbolçusu Toral Bayramov "Qalatasaray"ın gündəmindədir. Klub 22 yaşlı sol cinah müdafiəçisi üçün Azərbaycan təmsilçisinin rəsmiləri ilə danışıb və onun haqqında məlumat toplayıb".
 
Qeyd edək ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 2019-cu ildən "köhlən atlar"ın formasını geyinən Toral Bayramovun klubu ilə 2026-cı ilin yayınadək müqaviləsi var. Ötən ilin yayında da "Qalatasaray"ın gənc oyunçu ilə maraqlandığı iddia olunub. Müdafiəçi hazırda Azərbaycan millisinin düşərgəsində olduğu üçün "sarı-qırmızılılar"la matçda iştirak etməyib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...