“Əl-Nasra” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo YouTube-da yayımlanan “LiveScore” kanalına müsahibəsində uğurunun sirrini açıqlayıb.
Forvard hər şeyə təkcə zəhməti hesabına nail olmadığını bildirib:
“Mənə əsasən istedadım, cəsarətim, işimə olan inamım, ehtirasım və istəyim kömək edib”.
Xatırladaq ki, futbolçu Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə doqquz matçda iştirak edib, 11 qol vurub və iki məhsuldar ötürmə edib.
“Əl-Nasra” turnir cədvəlində ikinci yerdədir.
Qeyd edək ki, Ronaldo bu kluba yanvarın 2-də keçib. Klubla müqaviləyə əsasən, o, ildə 200 milyon avro alacaq. Futbolçuya və onun ailəsinə əlavə bonuslar da verilir.