Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov adının milli komanda ilə hallanmasına münasibət bildirib.
Ednews xəbər verir ki, o, "Qarabağ"la bugünkü oyundan (1:3) sonra keçirilən mətbuat konfransında milli ilə bağlı sualı cavablandırıb:
"Azərbaycan milli komandasında işləmək şərəfdir. Onun ağır günlərində biz oynamışıq. Zaman dəyişib. Mən təyinat alsam, layiqincə çalışacağam. Bir Azərbaycan vətəndaşı, oğlu, kişisi kimi. Yığmada milli mütəxəssis çalışmalıdır. Klublarımızın çoxunun səviyyəsi o qədər də yüksək deyil.
Qeyd edək ki, millimizin Avro-2024-ün seçmə mərhələsində hər iki oyunda böyükhesablı məğlubiyyətindən sonra yığmanın italiyalı baş məşqçisi Canni De Byazinin istefaya göndəriləcəyi haqda xəbərlər yayılıb.