Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatı keçirilir. Yarışın keçirildiyi zalda asılan Azərbaycan və Türkiyə bayraqları ötən gün yararsız hala salınıb.
Ednews Telegram kanallarına istinadən xəbər verir ki, Azərbaycan yarışdan imtina etdiyi üçün bayrağımız zaldan tamamilə yığışdırılıb, Türkiyə bayrağı isə yenisi ilə əvəz edilib.
Qeyd edək ki, yarışa qatılan Azərbaycan idmançıları bayrağımızın yandırılmasından sonra vətənə geri dönüb.