"Avropa çempionatında hər iki ölkəni çox gözəl şəkildə təmsil etdik".
Ednews xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qızıl medal qazanan türkiyəli ağırlıqqaldıran Yusuf Fehmi Genç Bakıya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
21 yaşlı idmançı bütün Azərbaycan xalqını salamlayıb:
"Bayraqlarımızı qürurla dalğalandırdığımızı düşünürəm. Orada baş verən xoşagəlməz hadisələrə görə qarşı tərəfi qınayıram. Onların adlarını səsləndirmək belə istəmirəm. İndi də əlimdə Azərbaycan bayrağı var. Birlik və bərabərliyimiz daimi olsun. Belə gözəl qarşılanma mərasiminə görə təşəkkür edirəm".