“Qarabağ” 10-cu dəfə Azərbaycan çempionu oldu - ednews.net

31 May, Çərşənbə

(+994 50) 229-39-11

“Qarabağ” 10-cu dəfə Azərbaycan çempionu oldu

İdman A- A A+

Misli Premyer Liqasında 34-cü turunda bu gün "Qarabağ" "Səbail"in qonağı olub.

Ednews xəbər verir ki, görüş "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.  

Nəticədə da Ağdam təmsilçisi sona 2 tur qalmış xallarının sayını 87-yə yüksəldib və 2-ci yerdəki "Sabah" (33 oyun, 77 xal) üçün əlçatmaz olub. Bununla da "Qarabağ" tarixində 10-cu dəfə Azərbaycan çempionu olub. "Qarabağ" belə nəticə ilə Azərbaycan rekordunu qırıb.
İndiyədək heç bir komanda 10 dəfə ölkə çempionu ola bilməyib. “Neftçi”nin aktivində 9 çempionluq var. Əlavə edək ki, turun digər oyunları 14 və 17 may tarixlərində keçiriləcək. 

13 may (şənbə) 

20:30. "Səbail" - "Qarabağ" - 0:3 

Qollar: Bəhlul Mustafazadə, 71, (0:1), Ramil Şeydayev, 77-pen. (0:2), Ramil Şeydayev, 86 (0:3) 

Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov 
"ASCO Arena". 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...