“Çelsi” yeni baş məşqçisini rəsmən açıqladı

"Çelsi" komandasının yeni baş məşqçisi məlum olub.

Ednews Matc.az-a istinadən xəbər verir ki, baş məşqçi postu Maurisio Poçettinoya tapşırılıb.

Argentinalı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.

Poçettino son olaraq 2021/2022 mövsümündə Fransanın PSJ komandasını çalışdırıb. O, London klubunda Frenk Lempardı əvəz edib.