Daha iki taekvondoçumuz Bakıdakı mundialda medalsız qaldı

Azərbaycanın daha iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında medal qazana bilməyib. 
 
Ednews xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən Eltac Qafarov 1/4 final mərhələsində Marko Qolubiçə uduzub. 
 
Qafarov daha əvvəl Vasilliy Peruniçiç (Monteneqro) və Sebastian Tuneni (Norveç) mübarizədən kənarlaşdırmışdı. 
 
Qadınların yarışında 62 kq-dakı Fatimə Məcidova isə 1/16 final mərhələsində Kristina Kaspaya (İtaliya) məğlub olub. 
 
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.