"Beşiktaş" yay "transfer pəncərəsi" dövründə ilk keçidi açıqlayıb.
Ednews klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 3-cü liqa təmsilçisi "Somaspor"dan Emrecan Bulutu heyətinə qatıb.
20 yaşlı yarımmüdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb. Bulut ötən mövsüm 34 görüşdə meydana çıxıb 16 qol vurub, 1 məhsuldar ötürmə edib.