Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Azərbaycana gələcək.
Ednews xəbər verir ki, Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edən 38 yaşlı hücumçu Bakıya səfər edəcək.
Ronaldonun Bakıya gəlmə səbəbi şirkətlərdən birinin reklam siması olmasıdır. Ulduz futbolçu ilə görüş və korporativ imza mərasiminin keçirilməsi planlaşdırılır. Artıq tərəflər bütün detalları razılaşdırıblar, müqavilə hazırlanıb.
Səfərin dəqiq tarixi hələlik açıqlanmır.