"Bavariya"nın futbolçusu Harri Keyn Bundesliqa yeni rekorda imza atıb.
Ednews xəbər verir ki, o, buna ötən gecə Dortmund "Borussiya"sı ilə görüşdə nail olub. 30 yaşlı hücumçu oyunda het-trik edib. Bu, "Bavariya"nın heyətində Bundesliqada 10 matç keçirmiş ingiltərəlinin çempionatda 13-cü qolu olub.
Nəticədə Harri Bundesliqada ilk 10 oyununda 13 qol vurmağı bacaran yeganə futbolçu olub.
Qeyd edək ki, Keyn bu yay "Tottenhem"dən Münhen təmsilçisinə keçib.