"İnter" ciddi itki ilə üzləşib.
Ednews xəbər verir ki, Milan təmsilçisinin futbolçusu Benjamin Pavar zədələnib. O, İtaliya A Seriyasının 11-ci turunun "Atalanta" ilə səfər matçında sıradan çıxıb.
Fransalı müdafiəçi ilk hissədə zədə səbəbindən meydanı xərəkdə tərk edib. Bu gün səhər tibbi müayinədən sonra Pavara diz oynağının burxulması diaqnozu qoyulub. Onun dizindən əməliyyata ehtiyacı yoxdur, ancaq bir aya yaxın gips taxmaq məcburiyyətində qalacaq. Bu da o deməkdir ki, futbolçu ən az 1 ay oynaya bilməyəcək.
Qeyd edək ki, bu mövsüm Benjamin Pavar "İnter"in heyətində 10 matç keçirib.