AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına start verilib.
Ednews assosiasiyanın rəsmi saytna istinadən xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutan kursa 20 nəfər cəlb olunub.
AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, eləcə də Kütləvi Futbol Departamentinin mütəxəssisi Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar.
İlk gündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev tərəfindən iştirakçılara ilkin futbol bilikləri barədə məlumat verilib.
Qeyd edək ki, kurs 3 gün davam edəcək.