Fernando Muslera "Qalatasaray"dan ayrılmağa qərar verib.
“EDnews” xəbər verir ki, "Kayserispor" matçında uruqvaylı qolkiperin penaltidən fərqlənməsi onun kluba vida etməsi kimi irəli sürülüb. "Qalatasaray"ın prezidenti Dursun Özbek Musleranın ayrılmaq istədiyini, ancaq klubun onunla davam etmək istədiyini ifadə edib. Uruqvay mətbuatının məlumatına görə, Fernando Muslera mövsümün sonunda Uruqvayın "Penarol" klubuna transfer ola bilər. Xəbərdə deyilir ki, Uruqvayın “Nacional” klubu da futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən "Qalatasaray"da çıxış edir. Futbolçu 8 dəfə Türkiyə Superliqasının, 6 dəfə Türkiyə Superkubokunun, 5 dəfə isə Türkiyə Kubokunun qalibi olub.