Çeçenistanın paytaxtı Qroznıda "Grand Prix Akhmat 2016" döyüş turniri çərçivəsində uşaqlar arasında yarış keçirilib. Yarışlar Ramzan Kadırovun ad günü ilə bağlı keçirilib.
Yarışlarda Çeçnistan rəhbəri Ramzan Kadırovun oğulları da iştirak ediblər. 10 yaşlı Əhməd Kadırov 33 kiloqrama qədər olan çəki dərəcəsində keçirilən yarışda rəqibi Damir Şevhujevi 14-cü saniydə nokauta salıb.
9 yaşlı Zəlimxan Kadırov isə 27 kiloqrama qədər olan çəki dərəcəsində keçirilən yarışda hakimlərin yekdil qərarı ilə Daniel Şalaka qalib gəlib.
Kadırovun 8 yaşlı oğlu Adəm isə 35 kiloqrama qədər olan çəki dərəcəsində keçirilən yarışda hakimlərin yekdil qərarı ilə David Xalatova qalib gəlib.
Xatırladaq ki, sentyabrın 18-i son 13 ildə ilk dəfə Çeçenistan seçkilər keçirilib. Kadırovun lehinə seçicilərin 97,94%-i səs verib.