"Eurasia Diary" Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, Azərbaycan Voleybol Federasiyasına yeni prezident təyin olunub.
Bu gun Milli Olimpiya Komitəsində Azərbaycan Voleybol Federasiyasına yeni prezidentin təyin olunması ilə bağlı iclas keçirilib.
İclasda qərara alınıb ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov federasiyanın yeni rəhbəri seçilsin.
Qeyd edək ki, İclasda gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər iştirak ediblər.