"Eurasia Diary" məlumat verir ki, Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Maksim Rıjenkov TASS-a açıqlamasında qeyd edib ki, 2019-cu il Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) Belarusda keçirilməyəcək.
O, həmin il Minskdə II Avropa Oyunlarının təşkil olunacağını, EYOF-un isə Avropa Olimpiya Komitələri tərəfindən başqa ölkəyə həvalə ediləcəyini söyləyib: "Bu festivalı keçirməkdə Azərbaycan maraqlı olduğunu ifadə edib".
Xatırladaqki, indiyədək Azərbaycanda EYOF keçirilməyib.