Futbol üzrə Dünya çempionatının kubokunu hazırlamış Silvio Qaççaniqa dünyasını dəyişib. İtaliyalı dizayner 95 yaşında vəfat edib.
Qaççaniqanın oğlunun sözlərinə görə, atası yuxuda olarkən həyatla vidalaşıb: “Ölümü rahat oldu. Axşam yatmağa getdi, səhər isə gördük ki, nəfəs almır. Yuxuda dünyasını dəyişdi”.
Qaççaniqa dünya kubokunu 1971-ci ildə layihələndirib. Həmin mükafatın ilk qalibi adını DÇ-1974-ün finalında Hollandiyanı 2:1 hesabı ilə məğlub edən Almaniya yığması qazanıb.
Qeyd edək ki, Qaççaniqa, həmçinin UEFA Kuboku və UEFA Superkubokunun da dizayneri olub.