Antaliyada Akdeniz univeristetində bina çöküb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, tibb fakultəsinin tələbələri üçün tikilən yeni 6 mərtəbəli bina çöküb.
Hadisə nəticəsində 8 işçi dağıntılar altında qalıb. 3 nəfər dağıntılar altından çıxarılıb.
Hələlik qalan 5 fəhlədə xəbər yoxdur. Hadisə yerinə təcili tibbi yardım və xilasetmə qrupu cəlb olunub.