Fars körfəzinin ərəb ölkələri ilə münasibətlərimizi gücləndiririk.
Axar.az xəbər verir ki, bunu İsrail parlamentində çıxışı zamanı Baş nazir Benyamin Netanyahu söyləyib.
O, ərəb ölkələri ilə münasibətləri gizli şəkildə gücləndirildiyini bildirib:
“Təhlükəsizlik sahəsində regional işbirliyi sülhə dəstək verəcək.
Lakin öncə ərəb ölkələri yəhudi xalqı və İsrail dövlətinə qarşı olan təxribatlara son verməlidir”.