"Eurasia Diary"nin Daily Sabah-a istinadən verdiyi məlumata görə, BMT-də Donald Tramp administrasiyasını təmsil edəcək ABŞ səfiri Nikki Halley Rusiya və İsrail ilə bağlı sualları cavablandırıb.
Rusiyanın 2016-ci ildə ABŞ-da prezident seçkisinə kiber hücumu barədə sualı cavablandıran Nikki Halley deyib ki, Rusiyanın prezident seçkisinə müdaxilə etməsindən xəbərdarıq. "Biz buna qarşı etirazımızı bildiririk. Daxili işimizə qarışmağa cəhd edən istənilən ölkəyə qarşı mübarizə aparmalıyıq”.
Nikki Halley BMT-nin İsrailə qarşı qətnaməsini dəhşətli səhv hesab edib. O bildirib ki, qətnamə İsrail və Fələstin arasında sülh razılaşmasını çətinləşdirir.
Halley qeyd edib ki, BMT uzun müddət İsrailə qarşı kampaniya aparır. Beynəlxalq Təşkilat İsrailə qarşı 20 qətnamə qəbul edib.
Nikki Halley həmçinin BMT-nin bir sıra fəaliyyətlərini müvəffəqiyyətl keçməsini vurğulayıb.
Nikki Halley onu da etiraf edib ki, Beynəlxalq Diplomatiya sahəsində təcrübəsi kifayət qədər deyil.
Yunis Abdullayev