Türkiyə Böyük Millət Məclisinin (TBMM) bu gün keçirilən iclasında gərgin anlar yaşanıb.
"Eurasia Diary" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ankaradan seçilən bitərəf deputat Aylin Nazlıaka özünü parlamentin tribunasına qandallayıb.
Deputat "dayana bildiyim qədər burada qalacağam"- deyib.
"Cümhuriyyət dəyərlərinin yox edilməsinə qarşıyam, Konstitusiya dəyişikliyinə etiraz olaraq özümü kürsüyə qandalladım”.
Bundan sonra isə məclisdə qalmaqal yaranıb. Vəziyyətin gərginləşdiyini görən spiker iclasda fasilə elan edib.