Barak Obama ABŞ prezidenti kimi son zəngini Almaniyanın kansleri Angela Merkelə edib.
Xarici KİV xəbər verir ki, Obama Amerika dövlətinin rəhbəri postunun sonuncu günündə dostluğa və Almaniya ilə ABŞ arasında münasibətlərin dərinləşməsinə, eləcə də beynəlxalq arenadakı liderliyə görə Merkelə təşəkkürünü bildirib.
Obama Merkelin əri Yoahim Zauerlə də danışaraq dəstəyə görə ona da təşəkkür edib.
Telefon söhbətinə ABŞ-ın birinci ledisi Mişel Obama da qoşulub.