“Eurasia Diary”nin Reuters-ə istinadən verdiyi məlumata görə, Çilidə baş verən meşə yanğınları səbəbindən ölkədə fövqəladə vəziyyət elan edilib.
Meşənin 50 min hektarlığını bürüyən yanğının kiçik şəhərlərə yaxınlaşma təhlükəsi var.
Ölkənin cənubunda və mərkəzində yanğın söndürənlər, meşə xidməti heyəti və hərbiçilər yanğının söndürülməsi üçün mübarizə aparırlar.
Çilinin prezidenti Michelle Bachelet Twitter sosial şəbəkəsində Daxili İşlər Nazirliyinə yanğın baş verən ərazilərdə fövqəladə vəziyyət elan etməsi barədə təlimat verib.
Çilinin Meşə Xidməti heyətinin rəhbəri Aaron Cavieres bildirib ki, yanğın insanların səhlənkarlığına görə baş verib.
Yunis Abdullayev