Londonun Heathrow hava limanı 100 uçuşu təxirə salıb.
London City aeroportu 65, Gatwick isə doqquz uçuşu təxirə salıb.
Londonun digər iki aeroportu - Luton və Stansted isə hələ ki, heç bir uçuşu təxirə salmayıb.
London, cənub-qərbi və cənub-şərqi İngiltərədə duman ilə bağlı xəbərdarlıq qüvvədədir.
Meteorologiya İdarəsi "qalın soyuq duman" olacağı barədə xəbərdarlıq edib.
Soyuq havanın günortadan sonra da davam edəcəyi gözlənilir.