“Eurasia Diary”nin euronews-a istinadən verdiyi məlumata görə, Avropa İttifaqında korrupsiya böyük problemə çevrilir.
"Tranparency İnternational" təşkilatının verdiyi məlumata əsasən, Brexit, qaçqınların axını və terrorizmlə mübarizə diqqəti korrupsiya ilə mübarizədən yayındırıb.
Hazırlanmış yeni reytinqdə Avropa İttifaqının 4 üzv ölkəsində ictimaiyyət korrupsiyaya qarşı ciddi mübarizə aparır.
Ruminiyada korrupsiyaya qarşı son vaxtlar nümayişlər keçirilir.
Reytinqdə Avropa İttifaqının 6 üzv ölkəsi-Ruminaya, Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Xorvatiya 50-ci pillədən aşaığı yerləri tuturlar.
"Transparency İnternational" təşkilatının direktoru Karl Dolan bildirib ki, Avropa İttifaqının liderləri qaçqın axını, terrorizm və Brexit problemlərinə başları qarışdığından korrupsiyaya az diqqət ayırıblar.
Reytinqdə Avropa İttifaqının digər üzv ölkəsi-Danimarkada korrupsiyanın çox az müşahidə oldunduğu qeyd edilir.
Yunis Abdullayev