ABŞ administrasiyası ümid edir ki, Amerika ictimaiyyəti prezidentin kiçik oğlu 10 yaşlı Berron Trampı rahat buraxacaq.
Bu barədə Ağ Ev bəyanat yayıb.
“Prezidentlərin uşaqlarına imkanı verilir ki, o siyasi diqqət olmadan böyüsün.
Bu, çoxdankı ənənədir. Ağ Ev bütünlüklə gözləyir ki, bu ənənə davam etdiriləcəkdir.
Biz bu məsələdə sizin əməkdaşlığınızı yüksək qiymətləndiririk”- deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, bir neçə gündür Amerika mətbuatında prezidentin oğlu, qızı və həyat yoldaşı müzakirə mövzusudur.
10 yaşlı Berron Trampın qeyri-adi hərəkətləri diqqətdən kənarda qalmayıb.