Türkiyənin "Turkish Airlines" aviaşirkəti yağan güclü qar səbəbindən İstanbul hava limanlarında 26-27 yanvar tarixləri üçün 327 daxili və beynəlxalq reys təxirə salıb.
Bu barədə aviaşirkətin saytında məlumat yayılıb.
İstanbul hava limanlarında Türkiyənin "Pegasus", "Atlasglobal" və "Onurair" aviaşirkətləri də ümumilikdə 136 reysin təxirə salınması barədə məlumat yayıblar.