ABŞ prezidenti Donald Tramp sərhədlərin mühafizəsi və immiqrasiyaya dair fərmanlar imzalayıb.
Bu barədə Reuters məlumat verib.
Ağ Evin mətbuat katibi Şon Spayserin bildirdiyinə görə, fərmanlar sərhədlərdə sədlər, kriminal keçmişi olan qeyri-qanuni mühacirlərin kütləvi deportasiyası və miqrantların hökumətə təhvil verilməsinə maneə yaradan şəhərlərin maliyyələşdirilməsinin dayandırılmasını nəzərdə tutur.