Türkiyə XİN-i ABŞ prezidenti Donald Trampın Suriyada təhlükəsizlik zonaları yaratmaqla bağlı bəyanatını şərh edib.
XİN katibi Müftüoğlu bununla bağlı “Türkiyə uzun müddətdir bu təklifi səsləndirir. Dəqiqləşincə baxacağıq, izləyirik” – deyib.
Milyonlarla suriyalının Avropaya axınını fəlakət adlandıran Tramp qaçqınların qalması üçün Suriya daxilində təhlükəsizlik zonalarının yaradılmasının daha düzgün olacağını demişdi.