Ermənistanın Müdafiə Nazirliyinə məxsus "N" saylı hərbi hissənin 19 yaşlı əsgəri Sarkis Samvel Apinyan ölüb.
Erməni mediası xəbər verir ki, əsgərin ölüm səbəbi hələlik dəqiq bilinmir.
“İlkin məlumata görə, ötən gün saat 16:20-da kursant Sarkis Apinyan hərbi hissənin düzülüş meydanında vəziyyəti pisləşib.
Apinyan hərbi hissənin tibb məntəqəsinə aparılıb. Saat 17:35 radələrində isə ölüm faktıqeydə alınıb” - deyə, Ermənistan İstintaq Komitəsinin məlumatına bildirilib.
Hazırda Ermənistanın Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.