"Eurasia Diary"nin Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, BMT Təhlükəsizlik Şurası Kipr adasında sülhməramlı qüvvələrin missiyasının vaxtını iyulun 31-ə qədər uzadıb.
BMT Təhlükəsizlik Şurasında 15 dövlət birgə bəyanatda qeyd ediblər ki, sülhməramlı qüvvələrin missiyasının vaxtının uzadılmasında məqsəd Türk və Yunan tərəfləri arasında mübahisələri həll etmək üçün danışıqlarda hər iki tərəfin rəhbərlərini razılığa gəlməyə sövq etməkdir.
Təhlükəsizlik Şurası həmçinin Yunan və Türk tərəfinin rəhbələrini bir-birlərinə etimad etməyi və bir sıra məsələlərdə razılaşmağa çağırıb.
Xatırldaq ki, Kipr adasında BMT-nin sülhməramlı qüvvələrinin missiyası 1964-ci ildə fəaliyyətə başlayıb. Sülhməramlı qüvvələrin Kiprdə fəaliyyəti ən uzun sürən missiyalardan biri hesab edilir.
Yunis Abdullayev