ABŞ Prezidenti Tramp Rusiya ilə birlikdə hərəkət etsələr İŞİD-ə "dərs verəcəklərini" qeyd edib. "Eurasia Diary" xəbər verir ki, Fox News-a müsahibə verən Tramp Rusiya və Rusiya Prezidenti Vladimir Putin haqqında da danışıb.
Putinlə bağlı "Seçkiləri qazandıqdan sonra mənə zəng etdi. Hələ danışmamışıq, yaxın zamanlarda danışacağıq"-deyən Tramp, Vaşinqton ilə Moskva arasında münasibətlərin yaxşı olmasının hər iki ölkə üçün faydalı olacağını bildirib.
Tramp "Putini tanımıram, amma Rusiya ilə yola gedərsək bu möcüzə olar, Rusiya üçün də, bizim üçün də yaxşı olar. Birlikdə İŞİD-ə dərs verərik, çünki İŞİD həqiqətən bir xəstəlikdir"-deyib.
Kremlin Sözçüsü Dmitri Peskov Putin və Trampın sabah telefonla danışacağını təsdiqləyib.
Vüsalə