Göyərtəsində 31 nəfərin, o cümlədən 20 çinli turistin olduğu gəmi Malayziya sahillərində itkin düşüb.
Bu barədə "Sinxua" Çinin Baş Konsulluğuna istinadən xəbər verir.
Məlumata görə, Sabah ştatının inzibati mərkəzi olan Kota-Kinabalu şəhərindən Menqalum adasına yola düşmüş gəmi ilə əlaqə yanvarın 28-də kəsilib.
Agentliyin məlumatına görə, yanvarın 29-də Kota-Kinabaludakı Çin Baş Konsulluğu gəminin göyərtəsində 20 çinli turistin olması xəbərini təsdiqləyib.
Hazırda axtarış-xilasetmə işlər aparılır.