Tacikistanın Daxili İşlər Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, Düşənbə-Xocənd magistral yolunun dağlıq ərazilərində qar uçqunları doqquz nəfərin həyatına son qoyub, bir nəfər itkin düşüb.
Polis əməkdaşı Sayumars Qulmadov isə Mayxura ərazisində insanları xilas edərkən uçqun altında qalaraq həlak olub.
Məlumata görə, son iki gündə bu ərazidə 60-dan çox qar uçqunu qeydə alınıb.
Təbii fəlakətin qarşısının alınması ilə bağlı qərargah yaradılıb.