2017-ci ildə 11 mindən çox miqrant və qaçqın Aralıq dənizi ilə Avropaya keçib.
Məlumatı Beynəlxalq Miqrasiya Təşkilatı yayıb.
Qeyd olunub ki, cari ilin yanvar ayından bu ilin fevralın 8-dək 11 169 miqrant və qaçqın Avropaya gəlib:
“ Bu zaman 258 nəfər həlak olub.
Onların təxminən 15% -i Yunanıstan qalan 85% İtaliya vasitəsilə Avropaya gəlib”.