Ötən gün axşam saatlarında Hamburq hava limanında sərnişinlərin kütləvi zəhərlənməsi baş verib.
İnsanların naməlum qazın təsirindən zəhərləndikləri bildirilir. 50 yaxın insanın zərər çəkdiyi bildrilir.
Türkiyə mətbuatının məlumatına görə, tibb məntəqəsinə müraciət edən şəxslər tənginəfəs olduqlarını və gözlərinin yaşarmasından şikayət ediblər.
İlkin versiyaya görə, zəhərlənmə toksik maddənin hava limanının havalandırma sisteminə düşdüyündən yayılıb.
Hazırda hava limanının müvəqqəti olaraq gediş və gəliş aviareysləri dayandırıldığı bildirilir.