Əfsanəvi braziliyalı futbolçu Pelenin oğlu Edson Şolbi Nasimentu (Edinyo) həbs olunub.
Edson Şolbi Nasimentu 13 illik həbs cəzasını çəkmək üçün polisə gəlib.
Məlumata görə, 2014-cü ildə məhkəmə onun barəsində narkotacirlərdən alınmış çirkli pulların yuyulmasında təqsirli bilərək 33 il müddətinə həbs qərarı çıxarmışdı.
Ancaq apellyasiya şikayətinə baxıldığı üçün o, müvəqqəti azadlıqda olub.
Fevralın 23-də məhkəmə ittiham hökmünü tam təsdiqləyib və cəzanı yüngülləşdirərək 12 il 10 aya endirib. 46 yaşlı Edinyo fevralın 24-də Santos şəhərinin polis məntəqələrindən birinə gəlib:
“Çox məyusam, çünki məni etmədiyim cinayətdə - çirkli pulların yuyulmasında ittiham edirlər”, - deyə o bildirib.