Tanınmış Hollivud aktyoru Bill Pekston vəfat edib.
Ailəsi fevralın 26-da aktyorun ölüm xəbərini yayıb.
Bildirilib ki, 61 yaşlı aktyorun cərrahiyyə əməliyyatından sonra vəziyyəti pisləşib və həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Bill Pekston 1955-ci ildə Texasda anadan olub. “Titanik”, “Yadlar”, “Apollon 13”, “Yu-571” kimi məşhur filmlərdə çəkilib. Ümumiyyətlə, aktyor 86 filmdə rol alıb, 6 filmin rejissoru və 4 filmin ssenari müəllifi olub.(kult.az)