2013-cü ilin qışında Maydandakı kütləvi aksiyaların dağıdılması əmrini mən verməmişdim.
Bunu Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç Almaniyanın “Der Spigel” jurnalına müsahibəsində deyib.
Keçmiş prezident bildirib ki, həmin etiraz aksiyalarının arxasında onun dövründə Ukrayna Prezident Administrasiyasının rəhbəri olmuş Sergey Levoçkin və biznesmen Dmitri Firtaş dayanırdı:
“Toqquşmalar barəsində səhəri gün tennis oynayan zaman məlumat aldım və Levoçkinə dəfələrlə zəng etsəm də, onunla danışa bilmədim”.(axar.az)