Ukraynanın eks-prezidenti Viktor Yanukoviç 45 il evlilikdən sonra həyat yoldaşı Lüdmiladan ayrılıb.
Bunu Almaniyanın “Der Şpiqel” jurnalına müsahibəsində Yanukoviçin özü söyləyib. O, keçmiş həyat yoldaşının hazırda evdar qadın olduğunu və 2014-cü ildən indiyə qədər Krımda yaşadığını bildirib.
Qeyd edək ki, Almaniya mətbuatı hazırda Yanukoviçin keçmiş aşpazının bacısı ilə bir yerdə yaşadığı haqqında məlumat yayıb.