Gürcüstanda istənilən şəxsin telefonu dinləniləcək | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


Gürcüstanda istənilən şəxsin telefonu dinləniləcək

Dünya A- A A+
Gürcüstan parlamenti telefon danışıqlarının gizli dinləməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
 
Səsvermədə müxalifət partiyalarının üzvləri iştirak etməyib. 87 millət vəkili layihənin lehinə, 2-si əleyhinə səs verib.
 
Yeni qanuna əsasən Dövlət Təhlükəsizlik Xidməti nəzdində Əməliyyat-Texniki Agentliyi yaradılacaq. Həmin agentlik əməkdaşları bütün lokal və qlobal rabitə vasitələri və istifadəçi bazalarına daxil ola biləcək.
 
Müxalifət partiyaların qənaətinə görə, yeni qanun xüsusi xidmət orqanlarına məhkəmənin sanksiyası olmadan istənilən şəxsin telefon danışıqlarını dinləməyə imkan verəcək.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...