Rusiya ilə soyuq müharibə Avropa üçün təhlükəlidir.
"Eurasia Diary" xəbər verir ki, bu fikri Fransada prezidentliyə namizəd, ultra-sağçı Milli Cəbhə partiyasının lideri Marina Le-Pen CBS televiziyasına verdiyi müsahibəsində bildirib.
“Sizə deyə bilərəm ki, Rusiyaya qarşı soyuq müharibənin aparılması və Rusiyanı Çinin qollarına atmaq Avropaya təhlükədir”-deyə Le Pen bildirib.
Ultra-sağçı partiyanın lideri dəfələrlə Rusiya ilə münasibətlərin bərpa edilməsini dəstəkləyən bəyanatlar verib.
O, qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar heç bir problemi həll etmir və vəziyyəti sabitləşdirmir.
Xatırladaq ki, Le-Pen bildirib ki, əgər o prezident seçkilərində qələbə çalsa, Krımın Rusiyanın bir hissəsi olduğunu tanıyacaq.