"Eurasia Diary" xəbər verir ki, Samsungun rüşvət almaqda təqsirli bilinən faktiki rəhbəri Lee Jae-Yong-un Cənubi Koreyada məhkəmə prosesi başlandı.
Xatırladaq ki, onun ittiham olunması prezident Park Geun-Hye-nin vəzifədən çıxarılmasına səbəb olmuş böyük bir skandalın nəticəsində baş verib.
Lee Jae-Yong, dövlətə məxsus pulları Parkın dostu olan Choi Soon-Silin idarə etdiyi gəlir məqsədi güdməyən vəqf fonduna bağışlamaqda təqsirli bilinir.
Buna baxmayaraq, Jae-Yong, Samsung şirkəti və Samsungun mühakimə olunan digər dörd rəhbəri iddiaları inkar edir.
Məhkəmənin bir neçə ay davam edəcəyi gözlənilir.