Yaponiya informasiya toplamaq üçün yeni süni peyki uğurla kosmosa buraxıb. Martın 17-də yerli vaxtla saat 10:20 dəqiqədə Taneqaşima kosmik mərkəzindən buraxılan H2A raketi yeni süni peyki bir neçə yüz kilometr məsafədə orbitə çıxarıb.
Süni peyk Yerin müxtəlif rayonlarında və dənizdə foto çəkilişlər aparmaq üçün nəzərdə tutulub.
Yaponiya hökuməti demək olar ki, kəşfiyyat xarakteri daşıyan bu növ süni peyklərdən Şimali Koreyanın raket buraxılışı qurğularını və təbii fəlakət rayonlarının monitorinqini aparmaq üçün istifadə edir.