Nyu-Yorkda naməlum şəxslər ABŞ-ın milli təhlükəsizlik məsələləri ilə bağlı məlumatların saxlandığı noutbuku oğurlayıblar. Virtualaz.org “ABC News” telekanalına istinadən xəbər verir ki, noutbuk gizli xidmət əməkdaşının avtomobilindən qaçırılıb.
Mənbəyə görə, noutbukda şəxsi elektron poçtundan xidməti məqsədlər üçün istifadədə ittiham edilən ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun barəsində aparılan araşdırmanın təfərrüatları olan məlumat bazası da mövcud olub.
Hazırda kompüterin axtarışları aparılır.