Yaponiyada cari ildə ilk dəfə olaraq Tokioda sakuranın somey-yoşino növünün çiçəklədiyi elan edilib.
Yaponiya Meteorologiya Agentliyinin yaydığı məlumata əsasən, martın 21-də paytaxtın Yasukini məbədində ilk beş çiçək açıb. Somey-yoşino Yaponiyada ən çox yayılan və məşhurluğu ilə seçilən sakura növü hesab olunur.
Agentlik Tokioda sakuranın çiçəkləməsini Yasukuni məbədindəki əsas ağacda beş və ya daha çox çiçək açılan zaman elan edir.
Ötən il olduğu kimi, bu il də sakura adətən olduğundan beş gün əvvəl çiçəkləyib.